Рекоммендации читателей

Опрос

Целоваться на людях - это
 
Главная » Колонки » Карьеристка » Əsrə bərabər bir il

Əsrə bərabər bir il

Печать
Print



Öyrənmək, kömək etmək, sevmək, sevinmək, başa düşmək, düşünmək, səyahət etmək, məyus olmaq... bərabərdir könüllülük. Bu mənim bir il Finlandiyada keçirdiyim könüllülük həyatının bir cümlə ilə ifadəsidir. Amma, əminəm ki, nə vaxtsa könüllü kimi işləmiş hər bir kəs razılaşarkı, bundan sonra sənin həyatın dəyişir, sən dəyişirsən. Necə? Bax elə bu haqda yazmaq istəyirəm.

İki il bundan əvvəl mən Avropa Birliyinin  Avropa Könüllülər Xidməti (EVS) proqramını özüm üçün kəşf etdim. Birliyin saytında hər şeyi diqqətlə incələdikdən sonra proqrama müraciət etdim və yerli təşkilatın müsabiqəsindən keçib Finlandiyada bir il könüllü işləmək hüququnu əldə etdim. Bakını tərk etməyimə bir ay qalmış işdə oturub növbəti bir ilim, xarici ölkədəki gələcək həyatim və işim haqqında düşünürdüm. Düzünü desəm heç nə ağlıma gəlmirdi, çünkü hər şeyin necə olacağı barədə heç bir təsəvvürüm yox idi. Mən sadəcə orada evimin, işimin, birliyin təmin etdiyi cib xərcliyimin və sığortamın olduğunu bilirdim. Amma bütün bunların necə olacağını bilmirdim.

Bəzən mənə elə gəlirki, hər şey elə bil dünən olub. Yəqin sizdə də bəzən elə bir hiss olubki, vaxt çox sürətlə keçir. Mən də olub. Mənə elə gəlirdiki, Finlandiyada olduğum zaman günlər daha tez keçir və könülülük həyatının gözəl anları qum kimi barmaqlarımın arasından süzülür. Sanki dünən mən əlimdə böyük çamadan, ağlımda isə minlərlə suallarla gözəl fin adasına, Aland adasına yola düşdüm. Mən heç kimi tanımadığım başqa bir ölkədə necə yaşayacam, necə işləyəcəm?Mən öz ölkəmdə, öz şəhərimdə deyiləm, və hətta nəfəs aldığım hava və parlayan günəş də mənə yaddır. Mən tamamilə fərqli bir ölkədəyəm, Finlandiyadayam. Bu suallarla adaya gələndə düşündümki, mənim iki yolum var.Bütün bunlara baxmayaraq, ya qalıb mübarizə aparacam və uğur qazanacam, ya da ki, heç bir təcrübəsiz geri qayıdacam.  İndi bu suallar mənə çox gülünc gəlir. Çünki, adada olduğum bir il ərzində mən başa düşdümkü, şəratin belə olması elə mənim xeyrimədir. Mən sanki yeni doğulmuş uşaq kimi yeni bir şey, yeni həyat yaşaya bilərəm. Belə vəziyyətdə ən yaxşısı şəraitə tez uyğunlaşmaqdır. Çox şey öz evində olduğu kimi olmayacaq və ən yaxşısı bu haqda elə də çox düşünməməkdir.  Bu sanki mənə tanıdığım insanların köməyi olmadan yeni həyatda, yeni insanlarla necə yaşayacağımı öyrənmək üçün bir fürsət idi. Bu bir il mənim ölkəmdəki həyatıma sadəcə fasilə deyildi, həm də bilmədiyim bir yerdə yaşadığım həyat və gündəlik həyatda əldə etdiyim  bəlkədə qızıldanda qiymətli olan təcrübə ilə geri dönmək idi.

Finlandiyada olduğum zaman ildə iki dəfə orada işləyən digər könüllülərlə də qarşılaşdım. Onlarla bir neçə gün bir yerdə qalarkən fərqli mədəniyyətdən olan insanların əslində bir çox oxşar xüsusiyytələrinin olduğunu gördüm. Biz hamımiz bərabər idik, hamımız vətəndən uzaqda yaşamaq və hansısa təcrübə əldə etməyə çalışırdıq. Gördüyümüz və bu dovrdə verdiymiz qərarları bir-birimizlə paylaşarkən əslində doğrudanda çox şey əldə etdiyimizə şahid oldum. Bu bir il ərzində işlədiyimiz insanlardan qazandığımız təcrübə ilə yanaşı, müstəqil olmağı, öz gücünə və bacarığına inanmağı da öyrəndik. Müstəqil olmaq gün ərzində yüzlərlə qərar vermək, öz sağlamlığına, vaxtına, işinə, puluna cavabdeh olmaqdır. Bəlkə də ilk baxışdan bu bir az adi görünə bilər, amma bu sənə öz azadlığına sahib çıxmaq və ətrafındakı insanların köməyinə qiymət vermək də deməkdir.

Könüllülərdən bir çoxları orta təhsili bitirib bu proqrama müraciət etmişdilər. Düzü bu mənə əvvəl qəribə gəldi. Bunun səbəbini soruşduqda bildirdilərki, hansı ali təhsili alacaqlarına əmin olmadıqlarına görə bir müddət işləyib sonra qərar verməyi düşünürlər. Könüllülük xidməti başa çatdıqda onlar məhz orada gördükləri iş sayəsində geri qayıtdıqdan sonra öz vətənlərində nə işlə məşğul olacaqlarını, hansı təhsili almaq istədiklərini dəqiq bilirdilər. Könüllü işləməyin bir üstünlüyü də elə budur. Sən heç düşünmədiyin, bilmədiyin keyfiyyətləri, maraqları özündə kəşf edə bilirsən. Bu sanki öz gücünü öyrənmən üçün bir vasitədir. Bəlkə azerbaycanlı tələbələr və şağırdlər də bu cür proqramlarda iştirak edərək gələcək karyeralarını ailənin məsləhəti ilə deyil, məhz öz istədiklərinə və bacarıqlarına uyğun seçə bilərlər.

Mənim üçün Finlandiyada bir il tamamilə fərqli bir həyat idi. Aland adası öz iqlimi ilə mənə nə qədər uzaq olsada, mənə elə gəlirdiki, mən atrıq uzun müddətdirki, burada yaşayıram. Adada yaşadığım vaxt skandinavların soyuq və kobud olmaları haqqında stereotiplərin həqiqi olmadığının şahidi oldum. Əksinə insanların çox köməkcil, səmimi və mehriban olduğunu, soyuqluğun isə əsl səbəbinin utancaqlıq olduğunu gördüm. Skandinavlar gərgin işlə yanaşı əməkdaşlar arasında gündəlik ünsiyyətə də əhəmiyyət verirlər. Əvvəl saat 12 –də nahar, bütün işçilərin iştirak etdiyi gündə iki dəfə çay fasiləsi, mənə qəribə gəlsədə, sonradan mənim üçün də adiləşdi. Yaşadığım şəhərdə avtobusların pulsuz olmasına baxmayaraq, sürücülərin hər bir sərnişini gülərüzlə salamlaması və sağollaşması isə məni valeh etdi. Aland həm də gözəl meşələri qədər mənzərələri, təmiz havası, mehriban və səmimi insanları, qışda səbirsizliklə axtardığım, yayda isə demək olarki, səmada daim parlayan günəşi, bəyaz gecələri ilə məni özünə doğma etdi. Bəzi şeyləri həyatımda ilk dəfə elə məhz bu adada etdim. Kayak sürməyi, isti saunadan sonra buz kimi soyuq dənizə tullanmağı, velosipedi əsl nəqliyyat vasitəsi kimi istifadə edərək uzaq məsafələr qət etməyi, xizək sürməyə cəhd göstərmək və daha bir sıra şeylər.

Finlandiya hər kəsin həyatında, fikirlərində dəyişiklik etdi. Mənim ən çox yadımda qalan fransalı könüllünün dediyi sözlər oldu. “Mən Fransaya gələn əcnəbilərlə heç vaxt ingilis dilində danışmırdım və düşünürdümki, onlar fransız dilini öyrənməlidirlər. Amma burada olduğum müddət ərzində başa düşdümki, əgər insanlar mənimlə yalnız fin dilində danışsaydılar məm heç nə öyrənə bilməzdim. Fransaya qayıtdıqdan sonra buna daha çox əhəmiyyət verəcəm”.

Xəritədə tapmağa çətinlik çəkdiyim, böyük bir sual işarəsi olan Aland adası mənim də bir çox sualarıma cavab tapmağa kömək etdi.

P.S. Avropa Könüllülük Xidməti və proqrama müraciət qaydaları haqqında məlumatları buradan öyrənə bilərsiz. AKX

 

Add comment


Security code
Refresh