Əsrə bərabər bir il
Öyrənmək, kömək etmək, sevmək, sevinmək, başa düşmək, düşünmək, səyahət etmək, məyus olmaq... bərabərdir könüllülük. Bu mənim bir il Finlandiyada keçirdiyim könüllülük həyatının bir cümlə ilə ifadəsidir. Amma, əminəm ki, nə vaxtsa könüllü kimi işləmiş hər bir kəs razılaşarkı, bundan sonra sənin həyatın dəyişir, sən dəyişirsən. Necə? Bax elə bu haqda yazmaq istəyirəm.

Bir zamanlar azərbaycanlıların ən çox işlətdiyi aforizm V. İ. Leninin məhşur “Oxumaq, oxumaq, yenə oxumaq” sözləri idi. Ümumiyyətlə, təhsili xalqı gələcəyə aparan işıqlı yol, inkişafa səsləyən səda kimi təqdim etmək adətimizdir. Uzun-uzadı müzakirələrdə, çıxışlarda... Amma medalyonun digər üzünü çevirəndə görürsən ki, bu işin başqa bir yanı da varmış. Babamı xatırlayanda onun bu cümlələrini yada salmaya bilmirəm.

