• Blogs

    Start publishing your work

Recent Activity

Polls

Целоваться на людях - это
 
Home » Observer » Regions » Şəki qadınlarının idman həsrəti

Şəki qadınlarının idman həsrəti

Print
Print
joomla_sport_woman_reyhan

İnsan - Allahın yaratdığı ən ali varlıqdır, O təbiətin şah əsəridir.

Bu kimi ifadələri tez-tez eşidirik. Dünya yaranandan insan arzu və  istəklərini, zövq və ehtiyaclarını ödəmək üçün mübarizə aparıb. İnsana bəxş edilən ən böyük dəyərlərdən biri sağlamlığıdır. Etiraf etməliyik ki, çox az insan sağlamlığının qeydinə qalır. Sağlam olmaq müasirlikdir. Müasir sağlam düşünən insanlar fiziki inkişaflarına, sağlamlıqlarına diqqətlə, həssaslıqla yanaşırlar.

Sağlam düşünən insan yüksək rifaha çatmaq istəyirsə, sağlam həyat tərzini seçir. Bu doğrudan da belədirmi? Sağlam doğulan insan nə vaxtsa sağlamlığını itirə biləcəyi haqqında düşünürmü?

Dəyərli oxucularımız, bu yazıda qadınların sağlamlığı ilə bəzi fikirlərimi Sizlərlə bölüşəcəyəm. Qadın həm də gələcəyimizin davamçısını - övlad dünyaya gətirir. Bu səbəbdən Şəki şəhərində qadınların sağlamlıq haqqında düşüncələri və onların sağlamlıqlarının durumu ilə maraqlandım.

“Sağlam qadın” obrazı. Bu obraz qadın və kişi olmasından, vəzifəsindən, sənətindən və zövqündən asılı olaraq çox fərqlənir. Bəzi xanımlar daha çox zahiri görünüşlərinin qayğısına qalırlar. Zahiri görünüş çox vaxt valideynlərdən, yəni genetikadan asılıdır. Lakin insanlar yalnız irsi əlamətlərinə görə, seçilmirlər. Burada həyat tərzi də az əhəmiyyətli deyil. Düzgün qidalanma və fiziki treninq - sağlamlığın, ideal çəkinin rəhnidir. İndi idmana, bədən tərbiyəsinə xüsusi diqqət yetirilir. Lakin qadınların sağlam olması üçün idman və bədən tərbiyəsi ilə məşğul olmaslarnda bəzi stereotiplər mövcuddur. Hansı stereotiplərin mövcud olması və qadınların idmana hansı səviyyədə cəlb olunmaları haqqında Şəki Gənclər və İdman İdarəsinin rəisi Vüqar İsgəndərovla söhbət etdm.

-       Bədən tərbiyəsi və idmanla məşğul olanların sayı azalıb. Əvvəllər bizim uşaqlıq dövrümüzdə gənclər və uşaqlar açıq havada müxtəlif  idman növləri ilə məşğul olardı. İndi isə bu artıq kompyuter arxasında həyata keçirilir. İnsanların əksəriyyəti idman oyunlarını , kompyüter oyunları ilə əvəz ediblər, onların hərəkəti azalıb. Şəkidə də demək olar ki, eyni vəziyyətdir. Hal-hazırda gənclərin, uşaq və yeniyetmələrin idmana cəlb olunması ilə Gənclər və İdman idarəsi başda olmaqla, idman federasiyaları da məşğuldur. Lakin qadın məsələləri, onların cəlb olunmasında problemlər mövcuddur. Şəkidə biz hələ ki, qadınların, qızların idmana cəlb olunmasında istədiyimiz səviyyəyə nail olmamışıq. Son illərdə müəyyən qədər dəyişikliklər olsa da, qızların idmanla məşğulluq səviyyəsi bizi hələ də qane etmir. Amma onu da deməliyəm ki, son zamanlar Şəkidə peşəkar idmanda ən çox naliyyətlər qazanan qızlardır. Iki şahmatçı qız ilk dəfə dünya çempionatına Antalyaya gedib. Qız komandamız stolüstü tennisdə respublika ikincisi olub. 2007-2008-ci illərin idmançısı Şəkidə qızlar olub. Lakin kütləvilik baxımından faiz çox aşağıdır.

Bizim gənclərlə rəy sorğularımızda və söhətlərimizdə müşahidə olunur ki, Şəkidə qadınlar arasında idmana çox böyük maraq var. Əvvəlki illərdən fərqli olaraq, qızlar daha çox kor-təbii şəkildə evdə, trenejorla, qaçış cığırı, kəmər vasitəsilə sağlamlıqla bərabər zahiri görünüşün korreksiya olunması ilə məşğul olurlar, bu da  müəyyən dərəcədə irəliləyişdir. Lakin mən qadınların və qızların daha çox idman zallarında, kütləvi şəkildə fiziki treninq ilə məşğul olmalarında maraqlıyam.

Qadınların kütləvi şəkildə idman və ya bədən tərbiyəsi ilə məşğul olması inkişafının ləng getməsində müəyyən səbəblər var. Bura insanların baxışları, stereotipler, dini faktorlar və bir çox səbəblər daxildir. Bu səbəblər idmana qadınların kütləvi axınının ləngiməsinə gətirir. Lakin inkişaf gedir, təbliğat kampaniaları həyata keçirilir, inanırıq ki, zamanla inkişaf olacaq.

Ümumtəhsil məktəblərində bütün idman növlərində qızlar iştirak edir. Onlar yarışlara cəlb olunurlar. Mən Sülh Korpusunun Şəkidə fəaliyyət göstərən könüllüsünün evində təşkil etdiyi “yoqa” dərslərində iyirmiyə yaxın qızın iştirak etdiyini gördükdə çox sevinmişdim. Lakin hər şeyin ideal olduğunu demək olmaz.

Bu gün Şəkidə qənc qızlar arasında idmana, sağlam həyat tərzinə maraq artıb. Yay aylarında futbol meydançasında qaçışla məşğul olan qızlara çox tez-tez rast gəlmək olar. Buna rəğmən qeyd etməliyəm ki, bu gün qadınlar üçün fiziki treninqlə məşğul olmaq üçün heç bir şərait yaradılmayıb.

Yeri gəlmişkən, nəzərinizə çatdırıram ki, Şəkidə evdar qadınlar arasında xüsusi aktivliyi ilə seçilən qadınlar var. Bu qadınlar davamlı şəkildə fiziki işlə məşğul olurlar, sağlam qidalanmalarına fikir verirlər. Onların əksəriyyəti sağlam vücuda və güclü fiziki qüvvəyə malik olurlar. Bu qadınların əksəriyyətinin fiziki saglamlığını idmanla məşğul olan qadınların fiziki sağlamlığına bərabər tutmaq olar.  Ümumiyyətlə, sağlamlığın qarantı “Sağlam həyat tərzi” seçməkdir.