Recent Activity

Home » Columns » Taboo » Ağlayan qadın

Ağlayan qadın

Print
Print



“Qadınlara qarşı zorakılıq dünya miqyaslı bir bəladır. O nə coğrafi sərhədlər, nə də yaş həddi tanıyır və heç bir etnik və ya dini qrup bu bəladan sığortalanmayıb.

Milli Məclisin bəyənatından, 2006-cı il.

Dünən metroda bir ailə ilə rаstlaşdım. Onlar minəndə qatarда adam çох deyildi. Qarşımdakı оturacaqda əyləşdi hamısı. Qadın mənimlə üzbəüz oturdu. 5 nəfər idi: 10-11 və 5-6 yaşlarında qızлар (çох güman ki, həmin qadının qızları idi), qadının əri güman etdiyim kişi və üz cizgilərindən qadına çox bənzəyən cavan oğlan. Fikirləşdim, yəqin qadının qardaşıdır.

Qadın oturan kimi gözlərini sildi. Əl yaylığını çəkəndə gözlərinin qızardığını gördüm. Əvvəlcə elə bildim ki, qızartı sildiyinə görə yaranıb. Ancaq sonra yol boyu gözlərini silməyə başladı. Kiprikləri bir ucdan islanırdı. Səssizcə ağlayırdı. Ailəsinin heç bir üzvü isə buna reaksiya vermirdi. Deyəsən, qatara girməmişdən xeyli əvvəl аğlamağa başlamışdı. Qadın hicablı idi. Başını qaldırıb heç kimə baxmırdı. İstər-istəməz narahat olmağa başladım, əlimdəki kitabı oxumağa çalışsam da, fikrim qadının yanında idi. Ağlamasının səbəbini cürbəcür ehtimallara bağlayırdım. Ağlıma gələn ilk ehtimalların hamısı nədənsə ərinin onu incitməsi ilə bağlı oldu. Əvvəlcə düşündüm ki, bu ağlamağa qısqanclıq səbəb olub. Evdən bayıra çox az hallarda çıxan xanımına çöldə davranmağı bacarmayan ər, yerli-yersiz ona iradlar tuturmuş: Ordan keçmə, burda dayanma, filan yerə niyə çox baxırsan, fikrin uşaqlarda olsun, bir də çölə çıxsan qulağının ardını görərsən və s. ...

Böyük qızı mənim anasına baxdığımı görəndə yavaş-yavaş narahat olmağa başladı. Anasının üzünə baxdı, amma heç nə demədi. Görünür adətkardə idi. Kiçik qız da sakitcə oturmuşdu. Adətən ana ağlayanda, uşaqları pərişan olur. Bir yerdə dayana bilmir, ya da onlar da ağlamağa başlayırlar. O qadının uşaqları isə çox sakit idilər. Deyəsən, belə səhnələri çox görmüşdülər...

Kişi ayağa qalxıb yerini çox açıq-saçıq geyinmiş bir qıza verəndə qadın sanki daha çox ağlamağa başladı. Gözünün yaşı çoxaldı. Ya bəlkə mənə elə gəldi. Bu dəfə eyni ssenarini tərsinə düşünməyə başladım. Öz qadınına evdən çıxmağa icazə verməyən bu kişi çöldə hər qadına tamah salır. Qadın isə həm qısqanclıqdan, həm də qürurunun tapdalanmasından əziyyət çəkir. Qatara girməmişdən əvvəl də elə bu məsələ üstündə dava olub. Görəsən, qadın başqa hansı səbəbdən uşaqlarının və yad adamların yanında bu qədər çox ağlayа bilər?...

...1994-cü il. Evimizdə telefon yox idi. Тəcili lazım olanda keçib qonşudan danışırdıq. Əsasən də anamın valideynləri rayondan zəng edəndə qonşu divarı döyəcləyir, anam da qonşuya qaçırdı. Bir axşam divar yenə döyüldü, anam qonşuya gedib tez də qayıtdı. Bizə heç nə demədən ortadakı kətilin yanına çökdü, qollarını kətilə qoyub hönkür-hönkür ağlamağa başladı. O vaxt mən 4-cü, qardaşım 2-ci sinifdə oxuyurduq. Anamızı hələ ağlayan görməmişdik. Çox güclü qadındır. Çaşıb qaldıq. Heç nə deyə bilmədik. Ataм gələndə bizə, babamızın rəhmətə getdiyini dedi. Başa düşdük, ancaq аnama yaxınlaşmağa cürət etmədik. Ağlayıb sakitləşdi. Qatarla rayona getdiyimizdə də yolboyu hey ağladı. Hamının yanında ağlaması görünməmiş hal idi. Bizim də sakit dаyаnmaqdan başqa əlacımız qalmamışdı...

Bunu xatırladım qarşımdakı qadın ağladıqca. Fikirləşdim, bəlkə ölüm xəbəri alıblar, hamılıqla yasa gedirlər. Qadının yaxınıdır, ona görə heç biri ağlamasına reaksiya vermir.  Ancaq nədənsə kişi zorakılığı səbəbi daha çox ağlıma batırdı. Yeni ssenarilər uydurmağa başladım. Kişinin qadını uşaqlarına görə danlaması variantı da vardı. “Qızlarına tərbiyə vermirsən!”. Sanki qız yalnız qadınınmış kimi. Bizdə bu söz çox yayılıb. Bənzər hallarda bir az diribaş qadın o dəqiqə: “Dədəmin evindən gətirmişəm?! Tək mənim deyil ki...” deyir. Amмa çoxu elə bilir ki, qız doğrudan yalnız ananındır, qız doğmasında da təkcə qadın “günahkardır”. O üzdən qız övladın bütün məsuliyyəti yalnız ananın üzərinə düşməlidir. Uşağın cinsinin atanın xromosomlarından asılı olduğunu çoxları hələ də bilmir, ya da bilmək istəmir. Həmçinin onu da bilmirlər ki, qadınlardakı mikrob, əsasən müayinəyə getməkdən qəti boyun qaçıran ərlərindən keçir. Təbii ki, başqa qadınla cinsi əlaqə nəticəsində. Guya özləri bilmir, ya bilmək istəmirlər bunu. Ancaq bu ayrı bir yazının movzusudur.

Növbəti “ssenarim” ərinin qadını atasının evinə qaytarması ilə bağlı idi. Dava ediblər, bu dəfə qadının daha tutarlı arqumentlə çıxış etməsinə dözməyən ər “indi aparıb atacam atanın xarabasına, ağlın başına gələr” deyib ki, indi ora gedirlər. Qadın bu adamdan çoxdan bezar olsa da, ata evində olacaq səs-küyü, qınaqları gözünün qabağına gətirib ağlayır. Yazıq bilir ki, heç anası da ona qahmar çıxmayacaq, “dilini saxlamamağını, qıçını sındırıb oturmamağını” dəqiqədə bir başına qaxacaq. Uşaqları ilə də Allah bilir necə davranacaq.

Mənim yaşlı bir bibim vardı. Rəhmətlik qabağına çıxan bütün qızlara deyərdi ki, ər danışanda sakit qulaq as, qulluğunda yaxşı dur, nə desə, dinmə. Əlini də qoyurdu ağzının üstünə. Yəni, bizə praktik göstərirdi ki, necə olmaq lazımdı. Ərinin ona vurduğu bir sillə haqqında danışardı həmişə. Deyir, cavanlıqda yaxşı səsi varmış. Sovet hökuməti hər qəsəbədə klub tikmişdi. Klub işçilərinin də işi istedadlı zəhmətkeşləri o kluba cəlb eləmək idi. Bibimi də ora solist götürüblərmiş. Ancaq ərə gedəndən sonra ər deyib ki, “klub” və “səhnə” sözlərini bir də eşitməyim. Ağır kişi imiş. Bir gün klubda hansısa tədbir varmış. Bibimi də çağırıblar. Əri qadağan etdiyindən bibim gizlincə gedib. Yəqin fikirləşib kişi işdədir, xəbəri olmaz. Gözünə döndüyüm çıxıb səhnədə nəsə ifa etdiyi anda birdən arxa sırada ərini görüb. Deyir, rəngim qaçdı. Çıxıb arxa qapıdan qaçdım. Ancaq hara gedəsidir? Kişisi gəlib evdə bir-iki şillə çəkib ona. Ondan sonra kişinin icazəsi olmadan ayağının birini götürüb o birini qoymazmış. Bibim bu hadisəni 90 yaşına qədər əziz və ibrətamiz hadisə kimi danışdı bizə. Əri bir yana qalsın, 3 oğlu vardı, onlardan icazəsiz də heç nə etməzdi. Yaşından asılı olmayaraq bütün kişilərdən qorxardı. Nə isə. Qadının başına gələn hadisələrin ehtimalı artdıqca kişi gözümdə düşmənə dönürdü. Birdən fikirləşdim ki, bəlkə kişiyə qarşı haqsızlıq edirəm. Normal görünüşlü kişidir. Zahirən də zalım adama oxşamır. Yəqin ki, qızlarını çox istəyir. Hətta arada onlara diqqət də ayırır. Nə оlsun ki, qadınlar daha çox kişilərin əməllərinə görə ağlayırlar. Bəlkə heç indi bu hal deyil? Bu düşüncələrlə mənzil başına çataraq qatardan düşdüm. Fikrim isə ağlayan qadının yanında qaldı...

 

Comments  

 
+1 #1 2010-12-26 11:20
Necə də gözəl yazıy idi.
Olduqca təsirli idi, ağıllı idi, həssas idi bu yazı.