Yazılarımdan tutmuş, mətbuatdakı çıxışlarıma qədər yorulmadan təkrarladığım bir fikir var: Mən ailənin, məktəbin yox, , məhz həyatın tərbiyə etdiyi insanlara daha çox hörmət edirəm! Fikrimi yanlış anlayanlar olur, hətta insanlara qarşı belə bir yanaşmanın ifrat sərt olduğunu deyənlər də olur. Bəlkə də qismən haqlıdırlar. Humanizmə, insanpərvərliyə qalanda, uşaq doğrudan da ailədə, doğmaların əhatəsində, daha sonra məktəbdə, peşəkarların əlində böyüməli, tərbiyə olunmalıdı.