Rəna Əlizadənin həyatından bir gün
İş, karyera... Təbii ki, bunlar həyatımızın vacib tərkib hissələridir... Lakin həyatdakı ən mühüm məqsədimizdirmi? Yalnız bunamı can atmalıyıq? Bu, həyatımızın mənasıdır, yoxsa qarşımıza qoyduğumuz «xoşbəxt olmaq» məqsədinə nail olmaq üçün vasitədir? Bu sualla Rəna Əlizadəyə müraciət etdim.
