Mən, Qadın forumunu 2009-cu ilin sentyabrında Azərbaycan qadınlarının istedadlarını üzə çıxartmalarına və özlərini ifadə edə bilmələrinə yardım göstərmək üçün yaratmışam.
Dərc elədiyimiz şəxsi hekayətlərin əksəriyyəti çoxları üçün həqiqət və cəsarət mənbəyinə çevrilib. Bu gün qadın forumunun 50-dən yuxarı iştirakçısı var. BMT-nin təyin etdiyi minilliyin inkişaf hədəflərinə uyğun olaraq hər birimiz qadınlar və azlıqlar üçün daha yaxşı gələcək yaratmaqdan ötrü öz təcrübəsini, biliklərini sərf eləyir. Biz ona görə uğur qazanırıq ki, birlikdə işləyirik, bütün təşəbbüslərdə, yeniliklərdə bir-birimizi dəstəkləyirik və həyatda risk eləməyi öyrənirik.
2011-ci ildə Qadın forumunun sosial missiyasını qoruya bilməmiz üçün sizin yardımlarınıza ehtiyacımız var. Bu saytı reklamlarla, sifarişli məqalələrlə doldurulmuş kommersiya layihəsinə çevirə bilərdik. Amma bizim məqsədimiz bu deyil. Biz tutduğumuz mövqeyi olduğu kimi qorumaq istəyirik – senzuradan azad və müxtəlif fikirlərə açıq.
Xahiş edirik, Azərbaycan qadınının yeni gücü naminə bacardığınız köməyi əsirgəməyin! Pul köçürmek üçün bu linke keçin
Minnətdarlıqla,
Natalia Corobco

